07 İyun 2026
Dünya futbolu

“Atletiko”nun ən yaxşı futbolçusu açıqlandı

“Atletiko”nun cari mövsüm üçün ən yaxşı futbolçusu açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı hücumçusu Xulian Alvares bu ada layiq görülüb.

25 yaşlı hücumçu La Liqada keçirdiyi 37 oyunda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə o, bütün turnirlərdə 54 oyuna çıxıb, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43