19 İyun 2026
Dünya futbolu

Çempionlar Liqasının qalibi bəlli oldu 

Bu gün Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, həlledici matçda İtaliya “İnter”i Fransa PSJ-si ilə qarşılaşıb.

Münhendəki “Alians Arena”da keçirilən görüş Paris təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da PSJ Çempionlar Liqasının qalibi olub. 

Çempionlar Liqası

FİNAL

23:00. “İnter” (İtaliya) – PSJ (Fransa) – 0:5

Qollar: Hakimi, 12, Due, 20, 63, Kvaratsxeliya, 73, Mayulu, 86

Baş hakim: İştvan Kovaç (Rumıniya)

“Alians Arena”, Münhen.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43