21 İyun 2026
Ölkə futbolu

“Sabah” “Dinamo” ilə heç-heçə etdi, “Fənərbağça”ya uduzdu

Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın U-12 komandası növbəti oyunlarını keçirib. Komandamız Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” komandaları ilə heç-heçə edib (0:0), Türkiyənin “Fenerbahçe” (1:2) və “Gənclərbirliyi” (0:2) komandalarına məğlub olub.

Qeyd edək ki, komandamız daha öncə “Rizespor” (1:2), “Başakşehir” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşmışdı. Emin Salmanovun baş məşqçisi olduğu komanda turniri 8 xalla 6-cı pillədə başa vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43