04 İyun 2026
Ölkə futbolu

Latviya – Azərbaycan matçının hakimləri bəlli oldu

Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşü Maltadan olan baş hakim idarə edəcək.
 
7 iyun

Latviya – Azərbaycan
Skonto stadionu. Saat 17:00
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43