18 İyun 2026
Ölkə futbolu

“Kəpəz” üçün son 24 saat – İki illik müqavilə imzalanacaq

“Kəpəz”in baş məşqçi Adil Şükürovla anlaşdığı xəbərini vermişdik. Tərəflər bir müddətdir razılığa gəlsələr də, hələlik rəsmi açıqlama verilməyib.

İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçinin təyinatı sabah rəsmən açıqlanacaq. Artıq bütün məsələlərdə razılıq əldə olunub. Müavilənin detalları barədə də məlumat əldə etmişik.

Gəncə təmsilçisi Şükürovla 2 illik müqavilə bağlayacaq. Sabah tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43