08 İyul 2026
Dünya futbolu

Ərəblər Osimhendən vaz keçmir

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” “Napoli”nin hücumçusu Viktor Osimhendən vaz keçmir.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu daha öncə ərəblərə “yox” demişdi. Ancaq klub rəhbərliyi Osimheni transfer etməkdə maraqlıdır. Onlar Klublararası dünya çempionatına qədər heyəti nigeriyalı hücumçu ilə gücləndirmək niyyətindədirlər.

Osimhen son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43