İtaliyalı mütəxəssis Filippo İnzaqi karyerasını B Seriyasında davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Palermo”nun yeni baş məşqçisi olub. 52 yaşlı məşqçi ilə 2+1 illik müqavilə imzalanıb.
İnzaqi son olaraq “Piza”da çalışıb. Mütəxəssis karyerası ərzində “Milan”, “Bolonya”, “Venetsiya”, “Benevento”, “Breşiya”, “Regina”, “Salernitana”da da işləyib.

