26 İyun 2026
Dünya futbolu

“Barselona”nın futbolçusu “Milan”da?

“Barselona”nın müdafiəçisi Ronald Arauxo “Milan”a transfer oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu İtaliya klubundan təklif alıb.

“Milan”ın rəhbərliyi Arauxo üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” klubuda uruqvaylı futbolçu ilə yaxından maraqlanır.

 

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43