Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Yevlax təmsilçisi ötən mövsüm heyətdə yer alan bəzi futbolçuları komandada saxlayacaq. Bunlardan biri də qapıçı Kamran İbrahimovdur.
Təcrübəli qolkiper növbəti mövsüm də “ağ-qaralar”da forma geyinəcək. Onunla daha bir il müqavilə uzadılması nəzərdə tutulub.
26 yaşlı qapıçı ötən mövsümdən “Karvan”da çıxış edir. O, karyerası ərzində “Kəpəz” və “Neftçi”də forma geyinib.

