04 İyun 2026
Ölkə futbolu

“İmişli” portuqaliyalı baş məşqçi ilə anlaşdı – RƏSMİ

“İmişli”nin yeni baş məşqçisi açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

Bölgə təmsilçisi Xorxe Kaskilya ilə 1 illik müqavilə imzalayıb. 56 yaşlı mütəxəssisin köməkçiləri Kristiano Duraes, Quilherme Kadete olacaq.

Qapıçılar üzrə məşqçi Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi isə Ulian Qoqa təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43