07 İyun 2026
Ölkə futbolu

“Şamaxı” braziliyalı futbolçu transfer etdi – RƏSMİ

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu Cezar Henrique Dias Santosu heyətə cəlb edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Henrique son olaraq Braziliyanın “Caxias” klubunda çıxış edib.

Xatırladaq ki, “Şamaxı” bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, və Karim Rossini də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43