04 İyul 2026
Ölkə futbolu

“Səbail” I Liqaya getdi, oyunçusu Premyer Liqada qaldı

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “İmişli” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi heyətini yeni qapıçı ilə gücləndirib. Komanda “Səbail”in qolkiperi  Hüseynəli Quliyevi transfer edib.

26 yaşlı oyunçu artıq “İmişli”nin düşərgəsindədir. O, komanda ilə məşqlərə qatılıb.

H.Quliyev karyerası ərzində Premyer Liqada 38 oyun keçirib və 71 qol buraxıb.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43