Azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
İdmanxeber.az-ın məlumatına görə, son olaraq “Səbail”də çıxış edən İlkin Muradov Qırğızıstanda oynayacaq. Yarımmüdafiəçi “Abdış-Ata” ilə müqavilə imzalayıb.
Ötən həftə bu klub millimizin sabiq forvardı Mirabdulla Abbasovu da heyətinə qatmışdı.

