“Liverpul” “Nyukasl”ın hücumçusu Aleksandr İsakı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu klubub əsas hədəflərindən biridi. Ancaq “Nyukasl” hazırda isveçli forvardı satmaq niyyətində deyil.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
Aleksandr İsak ötən mövsüm bütün turnirlərdə 42 matçda iştirak edərək 27 qol vurub və 6 məhsuldar ötürmə verib.
Futbolçunun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

