Niderland millisinin sabiq oyunçusu Uesli Smeyderin oğlu Cessi karyerasını ölkəsində davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Utrext” komandası ilə rəsmi müqavilə bağlayıb.
18 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilədək müqavilə bağlanılıb. O, ötən mövsüm “Utrext”in U-19 komandasında çıxış edib.

