05 İyun 2026
Ölkə futbolu

“Sabah”ın Konfrans Liqasındakı oyunlarının vaxtı və hakimləri açıqlandı 

“Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”la (Moldova) keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 24-də Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oyunu İsraildən olna hakimlər briqadası idarə edəcək. Qal Leiboviç matçın baş hakimi olacaq. Ona Omer Barbiro və Yossi Babayoff kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq. Bu görüşü isə serbiyalı hakimlər idarə edəcək. Baş hakim Danilo Nikoliç olacaq.  Milan Şutuloviç və İvan Mikalaçki köməkçi, İvan Stamenkoviç isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43