08 İyul 2026
Dünya futbolu

“İnter”dən Serbiya klubuna – RƏSMİ

“İnter”dən ayrılan Marko Arnautoviçin yeni komandası bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Servbiya klubu ilə anlaşıb. Arnautoviç karyerasını “Srvena Zvezda”da davam etdirəcək.

 36 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Marko Arnautoviç 2023-cü ilin avqust ayından “İnter”də çıxış edirdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43