08 İyul 2026
Ölkə futbolu

Paytaxt klubu daha bir transferini açıqladı

Yeni mövsümdə I Liqada iştirak edəcək “Səbail” Premyer Liqa klubu “Kəpəz”dən ayrılan futbolçunu transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” Nicat Süleymanovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Səbail” daha əvvəl kapitanı Yusif Nəbiyevi heyətdə saxlayaraq onunla “1+2” illik sözləşmə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43