04 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu iki futbolçunu paytaxta göndərdi

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Qəbələ” futbolçularını icarəyə göndərib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Sənan Ağalarov və Xəyyam Məmmədlidən gedir. İki oyunçu da karyerasını I Liqada davam etdirəcək.

Onlar “Baku Sportinq”lə anlaşıb. Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, Sənan Ağalarov ötən mövsümü “Araz Naxçıvan”da, Xəyyam Məmmədli isə “Difai”də keçirib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43