16 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu 35 milyona oyunçu aldı

“Nitsa”nın hücumçusu Evan Qessan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü “Aston Villa”ya transfer olunub. Bu barədə Birmingem klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvard üçün İngiltərə təmsilçisi 30 milyon avro əsas, 5 milyon avro isə bonuslar şəklində təzminat ödəyəcək. Qessanla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Evan Qessan “Nitsa” klubunun yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43