08 İyul 2026
Dünya futbolu

Premyer Liqa sükutla başlayacaq

İngiltərə Premyer Liqasının ilk turu Dioqo Jota və onun qardaşı Andre Silvanın xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, futbolçular matçlara qara sarğı ilə çıxacaqlar.

“Liverpul”un sabiq hücumçusu Jota və Portuqaliyanın “Penafiel” klubunun oyunçusu Silva iyulun 3-də İspaniyada baş verən avtomobil qəzasında həlak olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43