22 İyul 2026
Ölkə futbolu

“Qəbələ”nin futbolçusu “Qarabağ”la anlaşdı 

“Qəbələ”nin gənc futbolçusu Kənan Baxışov klubdan ayrılıb.

İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Kaxaber Tsxadadzenin planlarına daxil olmayan 20 yaşlı futbolçu “Qarabağ”la anlaşıb.

Sağ vinger mövqeyində çıxış edən oyunçu icarə əsasında Ağdam klubunda forma geyinəcək.

O, “Qarabağ”ın əvəzedicilər heyətində oynayacaq. Baxışovun “Qəbələ” ilə müqaviləsi mövsüm sonu başa çatır.

O, ötən mövsümü I Liqa klubu “Cəbrayıl”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43