Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya Superliqasının ilk turunda meydana çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda öz azarkeşləri önündə “Voru” ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib – 1:0.
İsgəndərli görüşə start heyətdə başlayıb və 90 dəqiqəni meydanda keçirib. O, 47-ci dəqiqədə hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, 30 yaşlı forvard yay fasiləsində “Partizani” klubuna transfer olunub.

