29 İyun 2026
Ölkə futbolu

“Qarabağ”dan qorxmuruq” – ingiltərəli futbolçu

“Bəli, bu oyunda üç xalı qazandıq. Heç də asan olmadı. Çətin keçən görüşdə qələbəyə layiq olduğumuzu düşünürəm. Azərbaycan çempionatında çıxış etmək asan deyil. Burada yüksək səviyyəli komandalar var. Premyer Liqa kifayət qədər rəqabətli keçir. Biz də yuxarı pillələrdə olmağa çalışırıq”.

Bu sözləri İdmanxeber.az saytına “Karvan -Yevlax”ın hücumçusu Samuel Durrant “Kəpəz” oyunu (3:2) sonrası deyib. İngiltərəli futbolçu daha sonra belə davam edib:

“Qarşıda bizi “Qarabağ”la oyun gözləyir. Onlara qarşı mübarizə aparmaq çox çətindir. “Qarabağ” böyük komandadır. Bu oyuna ciddi hazırlaşmalıyıq. Onlardan  qorxmuruq.

Dediyim kimi, çempionatda güclü klublar var. Ancaq biz öş işimizlə məşğul olmalıyıq. Komanda şəklində çalışıb, öz oyunumuzu göstərməliyik. Bundan əvvəliki iki görüşdə etdiyimiz kimi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43