29 İyun 2026
Ölkə futbolu

Vüsal oynadı, komandası qalib gəldi

Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya Superliqasının ilk turunda meydana çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda öz azarkeşləri önündə “Voru” ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib – 1:0.

İsgəndərli görüşə start heyətdə başlayıb və  90 dəqiqəni meydanda keçirib. O, 47-ci dəqiqədə hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, 30 yaşlı forvard yay fasiləsində “Partizani” klubuna transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43