07 İyun 2026
Dünya futbolu

Akanji “Mançester Siti”dən ayrılır?

“Mançester Siti”nin isveçrəli müdafiəçisi Manuel Akanji yay transfer dönəmində klubunu tərk edə bilər.

İdmanxeber.az xəbər verir ki, 30 yaşlı stopperlə İngiltərənin “Kristal Pelas” və Almaniyanın “Bayer” klubları maraqlanır. Hər iki komanda təcrübəli futbolçunu heyətinə qatmaq niyyətindədir.

Akanjinin transfer qiyməti 30 milyon avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, İsveçrə millisinin üzvü ilə Türkiyənin “Qalatasaray” klubu da maraqlanır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43