“Bavariya” “Atalanta”nın hücumçusu Ademola Lukmanı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya nəhəngi nigeriyalı futbolçu üçün Berqamo klubuna icarə və sonradan satınalma hüququ ilə təklif göndərib.
Qeyd edək ki, Lukman karyerasında daha əvvəl “Everton”, “Fulhem”, “Lester” və “Leyptsiq”də də çıxış edib.

