“Qarabağ” sabiq futbolçusu Olavio Juninyonu icarəyə götürmək istəyib.
İdmanxeber.az-ın məlumatına görə, “Flamenqo” bu təklifə razılıq verməyib. İddia edilir ki, Ağdam klubunun təklif etdiyi təzminat məbləği Braziliya təmsilçisini qane etməyib.
Qeyd edək ki, “Qarabağ” bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.

