03 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın futbolçusu Rusiya klubuna keçməyə yaxındır

“Qalatasaray”ın gənc müdafiəçisi Kazımcan Karataş karyerasını yenidən Rusiyada davam etdirməyə yaxındır.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “Akron” 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Klub onun bir illik icarəyə götürülməsi üçün “Qalatasaray”a təklif göndərib.

Qeyd edək ki, Kazımcanın İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədərdir. Gənc oyunçu indiyədək “Altay”, “Ankaragücü” və Rusiyanın “Orenburq” klublarında çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43