17 İyul 2026
Dünya futbolu

“Real”ın hücumçusu “Yuventus”a doğru

“Real”ın 19 yaşlı hücumçusu Endrik icarəyə verilə bilər.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı forvardla “Selta” ilə yanaşı, “Yuventus” da maraqlanır. Turin klubu onu bir illik icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Endrikin “Real”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43