05 İyun 2026
Dünya futbolu

“Yuventus” Kenan Yıldızla müqavilə uzadır

“Yuventus” 20 yaşlı yarımmüdafiəçi Kənan Yıldızla yeni müqavilə üçün danışıqları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubu müqaviləyə sərbəstqalma qiyməti əlavə edilməsini istəmir. Rəhbərlik bunun digər, xüsusilə də Premyer Liqa klublarının marağını artıra biləcəyini düşünür.

Yıldız cari mövsümdə 4 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43