04 İyun 2026
Dünya futbolu

Kenan Yıldız “Arsenal”ın hədəfində

Türkiyəli gənc hücumçu Kenan Yıldızın karyerası İngiltərə Premyer Liqasında davam edə bilər.

İdmanxeber.az xəbər verir ki, “Arsenal” 20 yaşlı futbolçunu transfer etmək üçün maraq göstərib. Mikel Artetanın komandası artıq “Yuventus” rəhbərliyi ilə ilkin təmas qurub.

Bununla belə, Turin klubu istedadlı oyunçunu satmaq niyyətində deyil. Qeyd edək ki, Kenan Yıldızın “Yuventus”la müqaviləsi 2029-cu ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43