20 İyun 2026
Dünya futbolu

Gürcüstanlı futbolçu “Barselona”ya qarşı oynamayacaq

 

UEFA Çempionlar Liqasının ikinci turunda “Barselona” öz meydanında PSJ-ni qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike qarşıdakı matç üçün iştirak ərizəsini açıqlayıb.

Gürcü futbolçu Xviça Kvaratsxeliya zədə səbəbindən bu oyunda komandaya kömək edə bilməyəcək. O, Fransa Liqa 1-də “Oser”lə keçirilən görüşdə (2:0) xəsarət alıb.

“Barselona” – PSJ görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43