07 İyun 2026
Ölkə futbolu

Problem həll olundu – AFFA klubları sevindirməyə hazırlaşır 

AFFA oktyabr ayı gəlsə də, avqustun pulunu hələ də klubların hesabına köçürməyib. Bu səbəbdən də  komandalarda ciddi maliyyə problemi yaşanır.

Xüsusun də aşağı liqalardakı klubların vəziyyəti çox pis durumdadır. Yalnız dövlətdən ayrılan dotasiya ilə ayaqda qalmağa çalışan komandalar çempionatda birtəhər mübarizə aparır. Onlardan bəziləri maaş problemi ilə yanaşı, oyunlara gedib-gəlmək üçün də pul tapmır.

Əslində avqustun pulu ötən ay klubların hesabına köçməli idi. Ancaq sənədləşmə işlərində problem yarandığı üçün vəsaitin verilməsi gecikib.

Əldə etdiyimiz məlumata görə, artıq problem aradan qaldırılıb. Federasiya klublar üçün ayrılmış vəsaiti ödəməyə hazırlaşır. Pulların həftəsonuna qədər klubların hesabına köçürüləcəyi bildirilib.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43