“Kəpəz”in yeni baş məşqçisi bəlli oldu.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu Azər Bağırovla anlaşıb. Təcrübəli mütəxəssislə mövsüm sonuna qədər müqavilə imzalanıb.
A.Bağırov özü ilə iki köməkçi də gətirəcək. Söhbət qardaşı Araz Bağırovla analitik Rakif Əliyevdən gedir. Təyinatların yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, “Kəpəz” uğursuz gedişatın ardından Adil Şükürovla yolları ayırmışdı.

