UEFA bir neçə milli futbol federasiyasından İsrail yığmasının və klublarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması ilə bağlı müraciət alıb.
İdmanxeber.az-ın məlumatına görə, federasiyalar məsələnin təcili şəkildə həll olunmasını tələb edirlər. Onların sırasında İspaniya, Türkiyə və Norveç futbol federasiyaları da var.
Xatırladaq ki, sentyabrın 30-da ABŞ prezidenti Qəzza sektorunda münaqişənin həlli üçün tədbirlər təklif etdikdən sonra UEFA-da İsrail komandalarının yarışlardan kənarlaşdırılması ilə bağlı səsvermə dayandırılıb.
Bundan əvvəl, sentyabrın 29-da “The Guardian” məlumat yaymışdı ki, bu həftə UEFA İcraiyyə Komitəsinin səsverməsi keçirilməlidir. Onun nəticəsinə əsasən, İsrailin kişi və qadın yığmaları 2025/26 mövsümündə Millətlər Liqasından, Təl-Əvivin “Makkabi” klubu isə Avropa Liqasından kənarlaşdırıla bilər.
Lakin İsrail klubları FIFA ilə birgə təşkil edilən turnirlərdə iştiraklarını davam etdirəcəklər.

