07 İyun 2026
Ölkə futbolu

AFFA-dan “Sabah”ın məşqçisinə sərt cəza, kluba 11 min manat cərimə 

AFFA İntizam Komitəsi “Sabah” klubunu 11 700 manat cərimələyib.

İdmanxeber.az xəbər verir ki, buna Misli Premyer Liqasının VI turunda “Sumqayıt”la matçda yaşananlar səbəb olub.

Oyununun gedişində işıq söndüyünə görə qarşılaşma 20 dəqiqə gecikdiyi üçün “Sabah” 1000 manat cərimə olunub.

Bakı klubu dörd futbolçusu sarı vərəqə aldığından əlavə 700 manat ödəməli olacaq.

90+4-cü dəqiqədə “Sabah”ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 10 000 manat ziyana düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43