07 İyun 2026
Ölkə futbolu

Qələbəni əldən verən komanda bazadan qovuldu, futbolçular klubu tərk etdi 

Azərbaycan II Liqa təmsilçisi “Quba”da ciddi problem yaşanıb. Bölgə təmsilçisi çempionatın IV turunda səfərdə “Ağdaş”la heç-heçə edib – 2:2.

Komanda görüşdə 2:0 hesabı ilə öndə olsa da, qələbəni qoruya bilməyib və iki xal itirib. Bunu ardından klub rəhbərliyi oyunçuları cəzalandırıb. Bu nəticənin qəbul etməyən rəhbərlik futbolçuları bazadan qovub. Onlara “harda qalırsınız qalın” deyilib.

Oyunçuların bəziləri isə bu qərara etiraz edib. Artıq 4-5 futbolçunun “Quba”nı tərk etdiyi bildirilir. Vəziyyəti düzəltmək istəyən rəhbərlik sabaha iclas təyin edib. 

İdmanxeber.az 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43