“Ayntraxt”ın futbolçusu Can Uzun İngiltərə Premyer Liqasına transfer ola bilər.
İdmanxeber.az xəbər verir ki, iki klub 19 yaşlı türkiyəli yarımmüdafiəçi ilə maraqlanır. Frankfurt təmsilçisi oyunçunu satmağa razıdır və onun üçün 80 milyon avro təzminat istəyir.
Can Uzun bu mövsüm 9 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, “Ayntraxt” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la eyni qrupdadır.

