19 İyun 2026
Ölkə futbolu

AFFA rəsmisi Çempionlar Liqası oyununda

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti dəfə təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən “Alyans Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43