21 İyul 2026
Dünya futbolu

İspaniya millisinin hücumçusu Türkiyə ilə oyunu buraxacaq

İspaniya millisinin hücumçusu Niko Uilyams zədələnib.

İdmanxeber.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “Atletik” (Bilbao) futbolçusu bu səbəbdən yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, daha əvvəl Lamin Yamal da zədə səbəbindən İspaniya millisindən kənarlaşdırılmışdı. Komanda DÇ-2026-nın seçmə mərhələsində noyabrın 15-də Gürcüstanla, 18-də isə Türkiyə ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43