20 İyul 2026
Ölkə futbolu

AFFA-nın vitse-prezidentinə UEFA-dan təyinat

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də keçiriləcək Gürcüstan – İspaniya oyununun FIFA komissarı olacaq.

E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43