19 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı hakim Rusiyanın oyununda

Rusiya ilə Peru arasında keçiriləcək yoldaşlıq oyunu azərbaycanlı hakimlərə həvalə olunub.

İdmanxeber.az xəbər verir ki, Sankt-Peterburqda baş tutacaq matçı Kamal Umudlu idarə edəcək. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43