05 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibində ciddi itki

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Napoli” daha bir itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Frank Zambo Anqissa Kamerun millisinin toplanışında sol bud nahiyəsindən zədə alıb və uzun müddət meydanlardan kənarda qalacaq.

29 yaşlı futbolçu bu mövsüm “Napoli”də 15 oyunda 4 qol və 2 asistlə çıxış edib.

Komandada Romelu Lukaku və Kevin De Bruyne də zədə səbəbindən oynaya bilmir.

“Qarabağ” – “Napoli” oyunu noyabrın 26-da İtaliyada baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43