22 İyul 2026
Ölkə futbolu

Qurban Qurbanovun görüş təklifini geri çevirdi – “Qarabağ”ın bu transfer həmləsi boşa çıxdı

Rusiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan əsilli futbolçu Ülvi Babayev karyerası barədə qərarını verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu “Qarabağ”ın gündəminə gəlib. Ağdam təmsilçisi gənc futbolçu ilə yaxından maraqlanıb.

Hətta baş məşqçi Qurban Qurbanov transferlə bağlı futbolçunun özü və ya ailəsi ilə əlaqə saxlamaq istəsə də, qarşı tərəfdən cavab ala bilməyib. Buna səbəb Babayevin Rusiya klubundan ayrılmaq istəməməsi olub.

Gənc oyunçu karyerasını Moskva təmsilçisində davam etdirməyə qərar verib.

Xatırladaq ki, oyunçu Rusiyanın U-21 millisində çıxış edir. Son günlərdə AFFA-nın oyunçu üçün hərəkətə keçdiyi də iddia edilir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43