21 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz”dan heç-heçə, “Zirə”dən qələbə – YENİLƏNİB 

Misli Premyer Liqasında 12-ci tur davam edir.

İdmanxeber.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq yekunlaşıb.

“Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər görüşündə isə “Zirə” “Qəbələ”ni sınağa çəkib. Paytaxt klubu qələbə qazanaraq 3 xalı hesabına yazıb və 23 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Qəbələ” isə “Karvan-Yevlax”la birgə 5 xalla 11-12-ci yerləri bölüşdürür. 

Misli Premyer Liqası

XII tur

22 noyabr

15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1

Qol: Ba-Muaka Simakala, 21 (1:0), Ayxan Hüseynov, 78 (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Vüqar Həsənli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

“Liv Bona Dea Arena”

17:30. “Zirə” – “Qəbələ” 1:0

Qol: Ruan Renato, 45+3-pen.

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43