22 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan” – “Turan Tovuz” matçına doğru: Kimlər oynamayacaq?

Misli Premyer Liqasının XII turunda “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Naxçıvan təmsilçisində Əyyub Allaşla Rahil Məmmədov zədə səbəbindən meydana çıxa bilməyəcək. Şarl Bolinin isə mikrozədəsi var. Onun “Turan Tovuz”la matçda komandaya kömək edib-etməyəcəyinə baş məşqçi qərar verəcək.

“Turan Tovuz”da da üç futbolçu komandaya kömək edə bilməyəcək. Cəzalı Roderik Miller və Olabe ilə yanaşı, zədə səbəbindən hələ debüt etməmiş David Tavareş matçı kənardan izləyəcəklər.

“Araz Naxçıvan” – “Turan Tovuz” görüşü bu gün saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43