Misli Premyer Liqasının 12-ci turunda “Qəbələ”ni qəbul edəcək “Zirə” oyuna itkilərlə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Abdul Aziz Batibiye və Davit Volkov zədə səbəbindən bu gün meydana çıxa bilməyəcək.
“Qəbələ”də isə cəmi bir itki var. Müdafiəçi Eduardo Kunde zədə səbəbindən oyunu buraxacaq.
“Zirə” – “Qəbələ” qarşılaşması noyabrın 22-də keçiriləcək. Matçın start fiti 17:30-da səsləndiriləcək.

