Azərbaycan kubokunun 1/8 final mərhələsində “İmişli” “Sabah”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, “bayquşlar” görüşə ciddi itkilərlə çıxacaq. Zinəddin Uld Xaled, Pavol Şafranko, Boyan Letiç və Cesse Sekidika zədə səbəbindən “İmişli”yə qarşı oyunu kənardan izləyəcəklər.
Bölgə təmsilçisində itki yoxdur.
Qeyd edək ki, “İmişli” – “Sabah” qarşılaşması dekabrın 3-də keçiriləcək. Qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.

