06 İyun 2026
Dünya futbolu

Yamal La Liqada ən yaxşı futbolçu seçildi

Lamin Yamal La Liqanın ən yaxşı driblinq edən futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona”nın gənc hücumçusu 19-cu turda “Atletiko” ilə matçda (3:1) 9 uğurlu driblinq edib və ümumilikdə mövsüm boyunca 60 uğurlu cəhdlə liqada birinci yerdədir.

Reytinqdə “Real”ın ulduzu Kilian Mbappe 39 driblinqlə ikinci, Vinisius Junior və “Ovyedo”dan Həsəm Həsən isə 32 uğurlu cəhdlə üçüncü pilləni bölüşürlər.

Yamal bu mövsüm La Liqada 11 oyunda 5 qol və 8 asistlə çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43